“Bakı” klubu növbəti futbolçu transferini həyata keçirib. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Etto ləqəbli Oelilton Araujo dos Santosla 1 illik müqavilə imzalanıb.
Etto 1981-ci il martın 8-də Braziliyanın Valente şəhərində anadan olub. Futbolçu karyerasına “Bayya” komandasında başlayan hücumameyyli yarımmüdafiəçi daha sonra “Krisiuma”, “Parana”, “Atletiko Paranaense”, “Dinamo” (Zaqreb, Xorvatiya) və PAOK (Yunanıstan) klublarının şərəfini qoruyub.
Qeyd edək ki, Etto 2007-2008-ci il mövsümündə Zaqreb “Dinamo”sunun heyətində Azərbaycan təmsilçisi “Xəzər Lənkəran”a qarşı Çempionlar Liqasının I təsnifat mərhələsindəki hər iki oyunun iştirakçısı olub.