Marek Hamşik Bakıda Slovakiya millisinin tarixinə düşdü
12 iyun 2019 09:11 (UTC +04:00)

Marek Hamşik Bakıda Slovakiya millisinin tarixinə düşdü

Slovakiya milli komandasının futbolçusu Marek Hamşik rekord vurub.
 
APA-nın məlumatına görə, o, yığmasının tarixində ən çox qol vuran futbolçu adına yiyələnib.
 
M.Hamşik bunu AVRO-2020-nin Bakıda Azərbaycan yığması ilə seçmə oyununda rəsmiləşdirib. 5:1 hesablı qələbədə iki qolla pay sahibi olan hücumçu yığmada 24-cü dəfə fərqlənib.
 
Bununla da M.Hamşik Slovakiya millisinin ən yaxşı bombardiri adını Robert Vittekden alıb. Sonuncunun hesabında 23 qol var. “Bakcell Arena”dakı görüşədək 22 dəfə fərqlənən M.Hamşik əvvəl rekorda şərik çıxıb, ardınca yeniləyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 700
avatar

Oxşar yazılar