Çətin oyun oldu. Çünki ot örtüyü pis vəziyyətdə idi. Amma bu matçda qələbəyə layiq idik. bu sözləri “Qalatasaray”ın baş məşqçisi Roberto Mançini “Yuventus”la oyundan sonra mətbuata açıqlamasında deyib.
İtaliyalı mütəxəssis Çempionlar Liqasının VI turu çərçivəsində Turin klubu üzərində 1:0 hesablı qalibiyyəti dəyərləndirib.
Mançini bu mövsüm qrupda güclü rəqiblərlə qarşılaşdıqlarını və inamlı təsir bağışlayaraq növbəti mərhələyə adladıqlarını deyib: “Ötən mövsümkü qrupla müqayisə etsək, o vaxt daha asan rəqiblər vardı. Bu mövsüm böyük iş bacardıq. “Real” və “Yuventus” daha güclü rəqiblərdir. Bugünkü qalibiyyəti azarkeşlərimizə hədiyyə edirik”.
Təcrübəli çalışdırıcı oyundakı yeganə qolun müəllifi Uesley Sneyderin çıxışı ilə bağlı da danışıb: “Sneyderin İtaliyaya və ya harasa gedib-gəlməyi ilə bağlı danışmamız vacib deyil. Önəmli olan onun bu gün yaxşı oynaması və fiziki cəhətdən güclü olmasıdır. Bir qol vurdu. Bunları danışmaq lazımdır”.
Mançini: “Böyük iş bacardıq“
1116