“Yuventus” kimi güclü bir komandaya qarşı çətin oyunumuz olacaq. Qrupdakı vəziyyətə baxanda, bəlkə bizim üçün daha riskli ola bilər, amma bu matç çox önəmlidir”. bu sözləri “Qalatasaray”ın baş məşqçisi Roberto Mançini “Yuventus”la oyun öncəsi bu gün İstanbulda təşkil olunan mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis Çempionlar Liqasının VI turu çərçivəsində Turin klubu ilə keçiriləcək qarşılaşmanı dəyərləndirib.
Mançini güclü rəqibə qarşı evdə oynamağın önəmini vurğulayıb: “Evimizdə oynayacağıq və azarkeşlərimizin nə qədər önəmli olduğu da məlumdur. Əminəm ki, onlar bizə çox kömək edəcəklər. “Yuventus” qarşısında məqsədimiz qol buraxmadan qələbə qazanmaqdır. Bizim məqsədimiz mərhələ adlamaqdır. Başqa ehtimalları düşünə bilmərik. Sabahkı oyunun nəticəsi düşündüyümüzdən fərqli olarsa, bu başqa müzakirə mövzusudur”.
Təcrübəli çalışdırıcı rəqib komandanın futbolçusu Andrea Pirlonun bu matçda zədə səbəbindən oynamamasını da dəyərləndirib: “Pirlo çox dəyərli futbolçudur. Rəqibimiz onun yoxluğunda çətinlik çəkəcək. Onun əvəzinə meydana çıxacaq bir çox önəmli futbolçular var, amma Pirlonun yeri başqadır. Onlar Pirlonun yoxluğunu hiss edəcəklər”.
Qeyd edək ki, “Qalatasaray” “Yuventus”la qrupdakı ilk oyunda meydandan 2:2 hesablı bərabərliklə ayrılmışdı.