Azərbaycan Superkubokunun sahibi “Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimovun Lent.az-ın Naxçıvana ezam olunmuş əməkdaşına eksklüziv müsahibəsi
- “Neftçi”ni 2:1 hesabı ilə yendiyiniz Superkubok matçı barədə nə deyə bilərsiniz?
- Bu gün Azərbaycanın ən gözəl guşələrindən olan Naxçıvan Muxtar Respublikasında həqiqətən də bütün futbolsevərlər üçün bayram idi. Həqiqətən də bayram şənliyi kimi oyun oldu. Bütün “Xəzər”sevərləri təbrik edirəm. İnşallah, gələcəkdə daha da uğurlu nəticələr əldə edəcəyik.
- Qələbənizi daha çox hansı amillə əlaqələndirə bilərsiniz: “Neftçi”nin zəif oyunu, yoxsa...?
- Mən deməzdim ki, qələbəmizə “Neftçi”nin zəif oyunu kömək etdi. “Xəzər Lənkəran” güclü oynadı. 10 nəfərlə qalsaq da, “Xəzər Lənkəran” bu gün daha istəkli idi.
- Bu istək nədən yaranmışdı?
- Ondan yaranmışdı ki, “Xəzər Lənkəran” həqiqətən də futbol oynayır.