Macarıstan olimpiyaçıları terrorla hədələnib
23 yanvar 2014 07:13 (UTC +04:00)

Macarıstan olimpiyaçıları terrorla hədələnib

Macarıstanın Milli Olimpiya Komitəsi (MOK) Soçi qış olimpiada oyunları zamanı idmançıların terror ediləcəyi ilə bağlı hədələyici məktub daxil olub.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bu haqda «Röyter» xəbər yayıb.

 

Macarıstan MOK-u Beynəlxalq Olimpiya Komitəsi və oyunların təşkilat komitəsinə  uyğun məlumatı göndərib.

 

Macarıstanlı təmsilçi bildirib ki, rus, ingilis dillərində yazılmış məktubda idmançılar hədələnib və onların olimpiadaya göndərilməməsinə çağırış edilib.

 

Onun sözlərinə əsasən, uyğun hədələyici məktubu İtaliya, Sloveniya, Almaniya və Slovakiyanın olimpiya komitələri də alıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 593
avatar

Oxşar yazılar