Lıçkinin  göy köynəyi
10 sentyabr 2014 13:19 (UTC +04:00)

Lıçkinin göy köynəyi

Vyaçeslav Lıçkin, Bəxtiyar Musayev, Vadim Vasilyev, Emin Quliyev, Zaur Tağızadə, Elşən Qəmbərov, Rasim Abuşov, Narvik Sırxayev, Deni Qaysumov, Vladimir Peşoxontsev, Aleksey Stukas, Emin Ağayev, Dmitri Kramarenko və sair. İndi düşünəcəksiniz ki, veteran futbolçuları adları niyə çəkildi? Siyahıya digər futbolçuların da adlarını əlavə edə bilərdim. Amma ehtiyac görmürəm. Adlarını çəkdiyim futbolçuların oyunlarına çox baxmışam, yeri gəldi-gəlmədi dişimin dibindən çıxanı bu oyunçulara demişəm. Onlar hər dəfə meydanı başı aşağı tərk edəndə, çox qınamışam veteran futbolçuları. Bu futbolçular çətin durumda – Ermənistanla müharibə şəraitində, ölkədə vətəndaş müharibəsinin getdiyi vaxtda, iqtisadi böhranın at oynatdığı zamanda Azərbaycanın adını pis-yaxşı təmsil etməyi bacarıblar. Bu oyunçuların xarici ölkələrə səfərləri hər dəfə problem olurdu. Bilet pulu, reys, qalmağa otel problemi...

 

Zaman ötdü, ölkədə hər şey yaxşılığa doğru dəyişdi. İndi futbolçularımızın nəyi yoxdur ki, sağlıqlarına qismət. Nə deyirik ki? Bəli, yenə deyirəm, hər şey dəyişdi, yaşam şəraitlərindən tutmuş, ən xırda amilə qədər. Lakin bircə oynadıqları futbolun keyfiyyətindən başqa. Luiş Fiqulu, Fernando Koutulu, Paolo Souzalı, Abel Xavyerli, Nuno Qomeşli, Rui Kostalı, Joao Pintulu Portuqaliya yığmasının qılıncının dalının da, qabağının da kəsdiyi vaxtlarda Bakıda onlardan bir xal qoparmışdı yuxarıdakı futbolçular. Yığmanın da başında nə alman, nə də ispan idi. Quru maaşa baxan Əhməd Ələsgərov olub Portuqaliyanın pişiyini ağaca dırmaşdıran. Tin uşaqları demişkən, indi “duxu” var Foqts Lüksemburqu məğlub etsin, hələ Portuqaliyadan bir xal almağı demirəm. Bir xal nədi e, heç qol da vura bilməyib pirineylilərə. Qaralamaq çıxmasın, Ufuk Budak hansı keyfiyyətinə görə milliyə çağırılır? İspaniyada, yoxsa İtaliyada top qovur? Hə, “Qaziantəp Böyük Bələdiyyəspor”da çıxış edirmiş.

 

Unutmuram, daha doğrusu unuda bilmirəm. Lıçkin Portuqaliya ilə oyundan sonra formasını azarkeşlərə sarı atdı və tribunalarda aləm bir-birinə dəydi. Lıçkinin 5 nömrəli göy köynəyini qamarlayan oğlanın üzü hələ də yadımdadı. Qardaş formanı əlinə alıb elə qaçırdı ki, elə bil Azərbaycan bayrağını Şuşa qalasına sancacaqdı. Azərbaycan yığmasının forması bax, belə dəyərli idi. Formanı qiymətdən saldılar.

 

Bir-iki kəlmə də azarkeşlər haqda. Hər dəfə bilet alıb Foqtslu Azərbaycanın oyununa gedirlər, axırda da “İstefa” şüarının biri bir qəpiklik olur. Qardaşlar, bacılar, pulunuza heyfiniz gəlmir, heç olmasa boğazınıza yazığınız gəlsin. Sözü eşidənə deyərlər, dəyməz!

 

AFFA baş-bilənlərinə isə onu məsləhət görərdim ki, yığmanın oyunlarını da az tutumlu stadionlara salsınlar. Səbəbini deməyə ehtiyac duymuram!

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 918
avatar

Oxşar yazılar

Prezidentin nəvələri Messi ilə görüşdü

Prezidentin nəvələri Messi ilə görüşdü

11 dekabr 2024 , 12:55
Mbappe bu il bütün oyunları buraxacaq   - SƏBƏB

Mbappe bu il bütün oyunları buraxacaq - SƏBƏB

11 dekabr 2024 , 11:58
Messi Bakıda - VİDEO

Messi Bakıda - VİDEO

11 dekabr 2024 , 09:35
"Liverpul"un keçmiş oyunçusu Macarıstan klubuna  keçdi

"Liverpul"un keçmiş oyunçusu Macarıstan klubuna keçdi

10 dekabr 2024 , 19:07
"Mançester Yunayted" Reşfordu tezliklə satmağa çalışır  - SƏBƏB

"Mançester Yunayted" Reşfordu tezliklə satmağa çalışır - SƏBƏB

10 dekabr 2024 , 17:49
"Bayer" Arda Güləri  almaq istəyir

"Bayer" Arda Güləri almaq istəyir

10 dekabr 2024 , 15:13
Nani futbolla vidalaşdı

Nani futbolla vidalaşdı

10 dekabr 2024 , 11:58
Messi onu ən çox qəzəbləndirən futbolçunun adını çəkdi

Messi onu ən çox qəzəbləndirən futbolçunun adını çəkdi

10 dekabr 2024 , 09:35