Polşa milli komandası və Almaniyanın “Borussiya” (Dortmund) komandasının futbolçusu Robert Levandovski Rusiya “Zenit”inə keçməyə yaxındır. Lent.az-ın “İzvestiya”ya istinadən verdiyi məlumata görə, Sankt-Peterburq təmsilçisi hazırda 25 yaşlı hücumçunun nümayəndələri ilə danışıqlar aparır.
Onlar “Zenit”dən 7,5 milyon avro illik maaş tələb edirlər. Üstəlik, bura bütün mümkün bonuslar daxil deyil. Keçid baş tutsa, Levandovski “Zenit”in ən ödənişli oyunçusu olacaq.
Qeyd edək ki, Robert Levandovski 2012-2013-cü il mövsümündə Almaniya Bundesliqasında 23, Çempionlar Liqasında 10 qolla bombardirlər siyahısında 2-ci olub.