Oktyabrın 10-da keçirdiyi mətbuat konfransında Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsla Lent.az-ın əməkdaşı arasında kiçik dialoq yaşanıb. Əməkdaşımız Foqtsa Almaniya “Kayzerslautern”inin 23 yaşadək komandasının futbolçusu Rüfət Dadaşovun klublarımızdan birində çıxış etmə perspektivinə dair sual ünvanlayıb.
67 yaşlı mütəxəssis sualı sualla cavablandırıb: “Siz onu həqiqətən Azərbaycan Premyer Liqasında görmək istəyirsiniz?”
Əməkdaşımız Foqtsa Azərbaycana gəlişindən sonra Almaniya klublarında çıxış edən bir çox futbolçunun millimizə cəlb olunduğunu xatırladıb. Bu keçidlərə məhz onun vasitəçilik etdiyi də baş məşqçinin diqqətinə çatdırlıb. Almaniyalı mütəxəssis isə belə cavab verib: “Mən menecer deyiləm”.
Qeyd edək ki, Rüfət Dadaşov hücumçu mövqeyində çıxış edir.