Beynəlxalq Olimpiada Komitəsinin (BOK) prezidenti Tomas Bax bildirib ki, əgər hakimiyyət idmandan korrupsiyalaşmış məmurları məsuliyyətə cəlb etməsə, o zaman Hindistan qurumun bayrağı altında keçirilən yarışlara buraxılmayacaq.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu tələbin yerinə yetirilməsi üçün BOK Hindistan hakimiyyətinə üç gün, dekabrın 10-dək vaxt verib.
Qurumu bildirib ki, əks halda Hindistan BOK-un təşkil etdiyi yarışlara buraxılmayacaq.
Mənbənin xatırlamasına əsasən, bir il öncə hakimiyyət qurumun işinə müdaxilə etdiyi üçün Hindistanın Milli Olimpiada Komitəsi olimpiya yarışlarından uzaqlaşdırılmışdı.
Hindistan olimpiada komitəsinin məmurlarının adları 2010-cu ildə korrupsiyada hallanıb.
2011-ci ildə Əməkdaşlıq Oyunlarının keçirilməsinin məsulu Hindistan MOK icraiyyə komitəsinin üzvü Sureş Kalmadi rüşvət şübhəli bilinərək, tutulub.