Vladimir Kliçko ilə Aleksandr Povetkin arasında Moskvada keçiriləcək qarşılaşma başlamazdan bir gün öncə idmançıların çəkiblər.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, «WBA», «WBO», «IBF» və «IBO» versiyaları üzrə ukraynalı çempion «WBA» üzrə rusiyalı çempion Aleksandr Povetkindən 7,2 kq ağırdır.
Mənbə bildirib ki, Kliçko 109,6 kq, Povetkin isə 102,4 kq-dır.
Ukraynalı çempion indiyədək 63 döyüşüb, 60 dəfə qalib olub. Povetkin isə 26 dəfə yumruqlaşıb və heç birində uduzmayıb.