Kəmaləddin Heydərov vitse-prezident oldu
15 iyul 2013 12:19 (UTC +04:00)

Kəmaləddin Heydərov vitse-prezident oldu

Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti Kəmaləddin Heydərov yenidən Dünya Taekvondo Federasiyasının (DTF) vitse-prezidenti seçilib.

 

Bu barədə APA-ya ATF-nin vitse-prezidenti Nağı Səfərov məlumat verib.

 

N. Səfərov bildirib ki, iyulun 14-də Meksikanın Puebla şəhərində Dünya Taekvondo Federasiyasının 24-cü Baş Assambleyası keçirilib. Toplantıda Federasiyanın növbəti müddət üçün rəhbərliyi və İdarə Heyəti də müəyyənləşib. 

 

 

N. Səfərov deyib ki, ATF-in prezidenti Kəmaləddin Heydərov növbəti dəfə DTF-nin vitse-prezidenti seçilib.

 

 

Qurumun prezidenti Çunq Von Ço,  digər iki vitse-prezident isə Misir nümayəndəsi Əhməd Foli ilə İtaliyanı təmsil edən Sun Caepark olub.

 

 

Qurumun İdarə Heyətinə 14 nəfər üzv seçilib.  

 

Qeyd edək ki, K. Heydərov bundan əvvəlki iki dönəmdə də Dünya Taekvondo Federasiyasının vitse-prezidenti olub.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9382
avatar

Oxşar yazılar