Bakının “Lokomotiv” klubunun voleybolçusu Mariya Filipova ötən gün subaylığın daşını atıb. Lent.az-ın məlumatına görə, bolqarıstanlı “libero” İvan Kunov adlı bəylə ailə həyatı qurub. Karyerasını Azərbaycanda davam etdirən voleybolçunun xeyir işində onun həmkarları ilə yanaşı ailəsi və rəfiqələri də iştirak edib.
Qeyd edək ki, artıq bir neçə ildir ki, voleybol karyerasını Azərbaycanda davam etdirən M.Filipova Bolqarıstan millisinin əsas oyunçularındandır.
Lent.az “Lokomotiv” klubunun oyunçusu M.Filipovanın toyundan olan şəkilləri təqdim edir.