“Seçmə mərhələnin nəticələrindən razıyam. Qrupumuzda Portuqaliya kimi güclü rəqib vardı. Şadam ki, onları qabaqlayıb mundiala birbaşa vəsiqə əldə etdik”. Apasport.az saytının xəbərinə görə, bunu Rusiya yığmasının baş məşqçisi Fabio Kapello deyib.
Şimal qonşularımız 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsinin sonuncu matçında millimizlə heç-heçə etdilər – 1:1.
“Oyundan razıyam. Hesabı açdıq. Qol epizodlarımız olsa da, vura bilmədik. Rəqib isə yeganə şansından yararlandı” – deyə, italiyalı məşqçi bildirib.
- Oyundan əvvəl arxayınlaşmayacağınızı deyirdiniz. Ancaq azlıqda qalan rəqibdən qol buraxıb, qələbəni əldən verdiniz. Bu rəqibi qiymətləndirməməklə bağlıdır?
- Xeyr, rəqibə hörmətlə yanaşırdıq. Dediyim kimi, rəqibin bir şansı oldu, onu da vurdu.
- Paltardəyişmə otağına gedib, uğuru şampanla qeyd edəcəksiniz?
- Bizim üçün əsas şampan yox, mundiala vəsiqə qazanmağın sevincini yaşamaqdır. Bu tsikldə 3-cü dəfədi 90-cı dəqiqədə qol buraxırıq. Bunun üzərində işləməliyik.
- Səmədovu niyə əvəzlədiniz: oyununa, yoxsa azarkeşlərə görə?
- Onun sarı vərəqəsi vardı, risk etmək istəmədim. Əsas səbəb budur.
- Birinci qoldan sonra bəll idi ki, tapşırığın öhdəsindən gəldiniz. Niyə tempi öldürdünüz? Oynamaq olmazdı?
- Deyəsən, biz iki fərqli matça baxmışıq. "Barselona" topu saxlayanda, bu, gözəl futbol olur. Biz edəndə qınayırsınız.
- Bu tsikldən yadınızda nə qalacaq?
- Komandadan, çıxışımızdan razıyam. Yalnız Şimali İrlandiya ilə görüş pis oldu, bunu unutmayacam.
- Futbolçular müsahibə, açıqlama vermək istəmdilər. Sevinmək əvəzinə qaş-qabaqlıydılar. Səbəb nədir?
- Təəssüf ki, belə oldu. Ancaq səbəbin indi bilmirəm. Dəqiq bir söz deyə bilmərəm.

Kapello: "Azərbaycanın bir şansı oldu, onda da vurdu" - MÜSAHİBƏ
Oxşar yazılar

Rodriqo 3 ingilis klubuna gələn mövsüm harada oynamaq istədiyini bildirdi
13 iyul 2025 , 10:04
"Fənərbağça" ingilis futbolçunu aldı
12 iyul 2025 , 18:54
Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46