Futbol üzrə 2014-cü il dünya çempionatının Avropa zonası üzrə seçmə turnirinin simvolik yığması müəyyənləşib. Lent.az-ın “Goal.com”a istinadən verdiyi məlumata görə, siyahıya Rusiya, Almaniya və Belçika millilərinin hərəyə 2 oyunçusu düşüb.
Bunlar şimal qonşularımızdan qapıçı İqor Akinfeyevlə sol cinah müdafiəçisi Dmitri Kombarov, Bundestimdən sağ cinah müdafiəçisi Filipp Lamla yarımmüdafiəçi Məsut Özil, “qırmızı şeytanlar”dan mərkəz müdafiəçiləri Vensan Kompani ilə Yan Vertongendir.
Daha 2 yarımmüdafiəçi fransalı Matyö Valbuena ilə italiyalı Daniele De Rossidir. Hücumçu mövqeyində isə ispaniyalı Pedro, hollandiyalı Robin van Persi və bosniyalı Edin Ceko yer alıb.
Qeyd edək ki, Azərbaycan millisinin qapıçısı Kamran Ağayev də seçmə qrup mərhələsində özünü ən yaxşı tərəfdən göstərsə də, simvolik yığmaya düşməyib.