Kamran Ağayev əməliyyat olundu
24 oktyabr 2013 15:48 (UTC +04:00)

Kamran Ağayev əməliyyat olundu

“Bakı” futbol klubunun və Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev əməliyyat olunub. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, tibbi müdaxilə Türkiyədə “Acıbadem Fulya Xəstəxanası İdman Sağlamlıq Mərkəzi”ndə baş tutub.

 

Xəstəxananın İdman Sağlamlıq Mərkəzinin Ortopediya və Travmatologiya həkimi, professor Ömer Taşer tərəfindən reallaşdırılan əməliyyatda futbolçunun dizindəki yırtıq meniskləri kəsilərək götürülüb. Qolkiperin 1 ay futboldan uzaq qalacağı bəlli olub. 

 

Bundan başqa “Bakı”nın xeyli vaxtdır ambulator müalicə alan daha bir futbolçusu Mario Rubio da eyni xəstəxanada cərrah masasına uzanmalı olub. Əməliyyata isə Ümit Sekmen rəhbərlik edib. İspaniyalı futbolçuya ikitərəfli qasıq yırtığı diaqnozu qoyulub. Əməliyyatdan sonra fiziki bərpa prosesi keçəcək yarımmüdafiəçinin 6 həftə sonra yaşıl meydana dönməsi gözlənilir.

 

Qeyd edək ki, Kamran Ağayev Azərbaycan millisinin heyətində Rusiya yığması ilə 2014-cü il dünya çempionatının seçmə qrup matçında zədələnib. Oyun heç-heçə ilə nəticələnib – 1:1.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1946
avatar

Oxşar yazılar