“Mançester Yunayted”in uğursuz çıxışlarına çarə axtaran Joze Mourinyo bir neçə oyunçunu komandadan göndərməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, portuqaliyalı çalışdırıcı birdən-birə 8 futbolçu ilə yolları ayırmağı hədəfləyir.
“The daily Telegraph”ın iddiasına görə, qış fasiləsində Markos Roxo, Matteo Darmian, Fil Cons, Bastian Şvaynştayqer, Morqan Şneyderleyn, Maykl Kerrik, Eşli Yanq və Memfis Depay “qırmızı şeytanlar”ın sıralarından kənarlaşdırılacaq.
Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasında 10 turdan sonra 8 xalla 8-ci pillədə qərarlaşıb.