İtaliyada 2 qızıl, 2 gümüş
05 noyabr 2013 18:05 (UTC +04:00)

İtaliyada 2 qızıl, 2 gümüş

Azərbaycan milli komandası İtaliyanın Karrara şəhərində keçirilmiş döyüş növləri üzrə dünya çempionatında 2 qızıl, 2 gümüş medal qazanıb. Muay-Tay Federasiyasının prezidenti Azər Həsənsoyun Lent.az-a verdiyi məlumata görə, 50-dən çox ölkənin qatıldığı yarışda qızıl medallara Araz Musayev (86 kq) və Elman Qazıbəyov (91 kq) sahib olub.

 

Gümüş medallara isə yeniyetmələrin mübarizəsində 50 kq çəkidə İntiqam Ağayevlə böyüklərin yarışında Afət Həsənova yiyələnib.

 

Həsənsoy onu da bildirib ki, yarış zamanı 20-dən çox ölkənin mədəniyyət sərgisi təşkil olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 980
avatar

Oxşar yazılar