İtaliya Futbol Federasiyası ölkənin “Latsio”, “Cenoa”, “Leççe” komandalarına və 8 oyunçuya qarşı danışılmış matçlarda iştirak ittihamı ilə araşdırmalara başlayıb. Lent.az-ın məlumatına görə, şübhəli matçlar A seriyasında 2011-ci il mayın 14-də “Latsio” və “Cenoa”, mayın 22-də isə “Leççe” və “Latsio” arasında keçirilib.
Futbolçulardan Stefano Mauri, Mario Kassano, Karlo Gervasoni, Omar Milanetto, Alessandro Zamparini, Massimiliano Benassi, Antonio Rosati və Stefano Ferrarionun danışılmış oyuna çıxdıqları bildirilir.
Qeyd edək ki, mövsümün son 2 turuna təsadüf edən qarşılaşmalarda “Latsio” həm “Cenoa”nı, həm də “Leççe”ni 4:2 hesabı ilə yenib və 66 xalla 5-ci yeri tutub. Roma təmsilçisi Çempionlar Liqasına vəsiqə verən 4-cü pillənin sahibi “Udineze” ilə eyni xal toplasa da, top fərqində geri qaldığı üçün Avropa Liqasına vəsiqə ilə kifayətlənib.
İtaliya futbolunda növbəti danışılmış oyun qalmaqalı
649