İOC-un yeni prezidenti Avropa Oyunlarından ehtiyatlandı
01 fevral 2014 20:43 (UTC +04:00)

İOC-un yeni prezidenti Avropa Oyunlarından ehtiyatlandı

“Avropa - idman yarışlarının keçirilmədiyi yeganə qitə idi”. Lent.az-ın məlumatına görə, bunu Beynəlxalq Olimpiya Komitəsinin (İOC) yeni prezidenti Tomas Bax “İTAR-TASS”ın baş direktorunun əslən bakılı I müavini Mixail Qusmana müsahibəsində deyib.

 

Almaniyalı funksioner 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak edib-etməyəcəyi barədə sualı cavablandırmayıb. Əvəzində o bildirib ki, hazırda o qədər Oyunlar və idman yarışları keçirilir ki, onların yayılmasını ehtiyatla izləmək lazımdır: “Buna görə də İOC-un Olimpiya Sammitinə həm Avropa, həm də Olimpiya Hərəkatında maraqlı olan bütün iştirakçılar qatılmışdı. Biz qərara aldıq ki, İşçi Qrup yaradaq. Həmin qrup diqqətini təqvimə ciddi yönəldərək, bu yayılmanı nəzərə almalıdır ki, yekunda razılaşma əldə olunsun və idmançıların maraqlarına hörmətlə yanaşılsın. Çünki idmançılar hər gün yüksək səviyyədə yarışa bilməzlər. Biz belə problemin mövcudluğunu və o, nəzərə alınacaq. Bu mənada maraqlı iştirakçıların açıqlamalarının kifayət qədər aydın olduğunu düşünürəm. Digər tərəfdən, nəyə görə bu qədər insan idman yarışları təşkil etmək istəyir? Çünki idman çox effektiv və vacibdir. Dünyada bütün insanlar ondan zövq alırlar”.

 

Qeyd edək ki, gələn il iyunun 12-də start götürəcək I Avropa Oyunları 18 idman növü üzrə keçiriləcək. Oyunlar iyunun 28-dək davam edəcək. 

# 487
avatar

Oxşar yazılar