İngiltərə FA kubokunun yarımfinal mərhələsinin ilk oyunu baş tutub. Apasport.az saytının məlumatına görə, finala çıxan ilk komanda “Çelsi” olub.
“Tottenhem”lə qarşılaşan “zadəganlar” 4:2 hesablı qələbəyə seviniblər.
Qeyd edək ki, digər yarımfinal oyununda “Arsenal” – “Mançester Siti” ilə üz-üzə gələcək.
İngiltərə FA kuboku
Yarımfinal
“Çelsi” – “Tottenhem” – 4:2
Qollar: Villian, 5, 43, Azar, 75, Matiç, 80 – Keyn, 18, Delle Alli, 52