Futbol üzrə Topaz Premyer Liqasında XVIII turun hakim təyinatları açıqlanıb. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, ikinci dövrənin və 2013-cü ilin son turunun bütün oyunları eyni günə təsadüf edəcək.
Əvvəlcə Qəbələdə eyniadlı komanda “Bakı”nı sınağa çəkəcək. Ardından lider “Neftçi” paytaxt derbisində AZAL-ın, autsayder “Sumqayıt” isə hələ də 8-ci pillədən qurtula bilməyən “Xəzər Lənkəran”ın qonağı olacaq.
“Rəvan” “Simurq” qarşısına yeni baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında ilk qələbəsini qazanmaq üçün çıxacaq. Turun son matçında isə “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “İnter”i sınağa çəkəcək.
20 dekabr cümə
13:00. “Qəbələ” – “Bakı”
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Coşqun Həsənov, Fərid Məmmədov
Qəbələ səhər stadionu
15:00. AZAL (Bakı) – “Neftçi” (Bakı)
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Mahir Məmmədov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov
Bakı, “AZAL Arena”
15:00. “Xəzər Lənkəran” – “Sumqayıt”
Hakimlər: Ramil Əhmədov, Yaşar Abbasov, Vaqif Musayev, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Feyzulla Feyzullayev
“Xəzər Lənkəran” mərkəzi stadionu
16:00. “Rəvan” (Bakı) – “Simurq” (Zaqatala)
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Nahid Əliyev, Sərxan İsmayılov
Bakı, “Bayıl Arena”.
17:00. “Qarabağ” (Ağdam) – “İnter” (Bakı)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Diniyev
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu