Dekabrın 23-də «Buta» sarayında 2013-cü ilin idman yekunlarına həsr edilmiş tədbir keçirilib.
Lent.az-ın məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov deyib ki, 2013-cü ildə başqa illər kimi uğurlu olub:«Bu il xüsusən Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı tədbirlərlə əlamətdar ili. Üzümüzə gələn illər böyük tədbirlər olacaq. Bu tədbirlərə hazır olmalıyıq».
Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bunları söyləyib: «Hər zaman olimpiadadan sonrakı il medal sarıdan kasad olur. Ancaq 2013-cü il medallarla zəngin oldu. 800-dək medal qazandıq. Olimpiya növü üzrə 4 dünya çempionumuz oldu. Prezident idmançılarla dağda, yüksəklikdə görüşdü. Çünki bizim idman zirvələrdədir».