III Avropa Oyunlarının ev sahibliyinə bu şəhərin namizədliyi irəli sürüldü
2023-cü ildə keçiriləcək III Avropa Oyunlarına ev sahibliyinə bir şəhər namizədliyini irəli sürüb.
APA-nın məlumatına görə, Avropa Olimpiya Komitələri (AOK) Polşanın Krakov şəhərinin namizəd olduğunu açıqlayıb.
Ev sahibliyi ilə bağlı sifarişlərin qəbulu mayın 31-də başa çatıb.
Daha əvvəl Rusiyanın Kazan şəhərinin də namizədlik verəcəyi gözlənilirdi.
Qeyd edək ki, III Avropa Oyunlarının ev sahibi AOK-un iyunun 22-də Belarusun paytaxtı Minskdə keçiriləcək növbədənkənar Baş Assambleyasında müəyyənləşəcək.
710