İdmançımız Avropa kuboku yarışlarında gümüş medal qazandı
09 iyun 2019 17:18 (UTC +04:00)

İdmançımız Avropa kuboku yarışlarında gümüş medal qazandı

Azərbaycanın triatlon yığmasının üzvü Rostislav Pevtsov Dnepropetrovsk şəhərində təşkil olunan sprint üzrə Avropa kuboku yarışlarında gümüş medal qazanıb.
 
Azərbaycan Triatlon Federasiyasından Lent.az-a bildiriblər ki, təmsilçimiz 61 idmançının mübarizə apardığı yarışı 52 dəqiqə 17 saniyəlik nəticə ilə başa vurub. R.Pevtsov 750 metrlik su məsafəsini 9 dəqiqə 39 saniyəyə qət edib. Ardınca idmançımız 20 kilometrlik velodistansiyanı 26 dəqiqə 16 saniyəyə başa vurub. Nəhayət, yarışların sonuncu mərhələsi - 5 kilometrlik qaçış zolağını Rostislav 15 dəqiqə 12 saniyə nəticə ilə tamamlayıb.
 
Qadınların mübarizəsində isə komandamızın üzvü Kseniya Levkovskaya 58 dəqiqə 53 saniyəlik nəticə ilə beşinci olub.
 
Cari mövsümdə R.Pevtsov akvatlon üzrə dünya çempionatında qələbə qazanıb.
 
Qeyd edək ki, idmançılarımız “Tokio-2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün təsnifat turnirlərində iştirak edəcəklər. Onlar dünya və Avropa çempionatları, dünya və Avropa kuboku yarışları da daxil olmaqla çıxış etdikləri bütün turnirlərdə Olimpiadaya lisenziya xalları toplayırlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 754
avatar

Oxşar yazılar