Çinin Xiang Yang şəhərində kikboksinq üzrə yarış keçirilib. Lent.az-ın məlumatına görə, yarışda Azərbaycanı 4 qat dünya çempionu Pərviz Abdullayev təmsil edərək qalib olub. P.Abdullayev 70 kq çəki üzrə çinli idmançı Li Zikai ilə görüşərək döyüşü qələbə ilə başa vurub.
Xatırladaq ki, bu idmançımızın 35-ci qələbəsidir.
Azərbaycanlı idmançı yarışa "12 May-Kobra" Kikboks Klubunun dəstəyi ilə qatılıb. Yarışdan öncə Hollandiyaya yola düşən kikboksçumuz orda "Super PRO" klubunda məşqçi Pramotr Denis Krauvelin nəzarəti ilə yarışa hazırlıq məşqləri keçib.
Qeyd edək ki, Pərviz Abdullayev FHN-in əməkdaşıdır.