İdmançılarımız medal qazanıblar
06 dekabr 2013 16:23 (UTC +04:00)

İdmançılarımız medal qazanıblar

Macarıstanın paytaxtı Budapeştdə paralimpiyaçılar arasında cüdo üzrə Avropa çempionatı olub. Lent.az-ın məlumatına görə, bununla yanaşı gənclər arası cudo üzrə dünya oyunları da keçirilib. Ölkəmizi 4 idmançı təmsil edib və medal qazanıb.

 

Gənc idmançı qızlarımız 2 qızıl medala sahib olublar. Qitə birinciliyinin nəticələrinə görə, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev (100 kq-dan yuxarı) qızıl medal qazanıb. Digər idmançımız - Səbinə Abdullayeva (57 kq) ayağında böyük zədəsi olmasına baxmayaraq gümüş medal ilə kifayətlənib.
Çempionatın ilk günündə Bayram Mustafayev (66 kq) və Ramil Qasımov (73 kq) qızıl, Elçin Talıbov (60 kq) bürünc medala sahib olublar.

 

 

# 761
avatar

Oxşar yazılar