Azərbaycanın fiqurlu konkisürmə cütlüyü Yuliya Zlobina-Aleksey Sitnikov İtaliyanın Trentino şəhərində keçirilən 26-cı Qış Universiadasında 142,66 bal toplayaraq gümüş medal qazanıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, idmançılarımız bildiriblər ki, bu, Azərbaycan üçün universiadada ilk mühüm medaldır və bütün komanda bu nəticədən sevinir: "Bizim üçün növbəti önəmli yarış Budapeştdə keçiriləcək Avropa çempionatıdır. Həmçinin biz 2014-cü ildə Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarında da Azərbaycanı təmsil edəcəyik”.
Fransalı Pernel Karron-LLoyd Cons cütlüyü 153 balla yarışın qalibi olub. Rusiyanı təmsil edən Viktoriya Sinitsina-Ruslan Jiqanşin cütlüyü isə 142,50 balla bürünc medala layiq görülüb.