Fransanın PSJ klubunun hücumçusu Zlatan İbrahimoviç Çempionlar Liqasında 100-cü oyununu keçirən 18-ci futbolçu kimi tarixə düşüb. Lent.az-ın məlumatına görə, isveçli forvard Avropanın ən nüfuzlu klub turnirində 17 sentyabr 2002-ci ildə Hollandiya “Ayaks”ında debüt edib.
Həmin oyunda “Ayaks” Fransa “Lion”unu yenib – 2:1. Sonradan o, İtaliyanın “Yuventus”, “İnter” və “Milan”, eləcə də İspaniyanın “Barselona” klublarının formasını geyinib və 20012-ci ilin yayında PSJ-yə keçib. İbrahimoviç bu komandaların hamısının heyətində qol vurmağı bacarıb. İndiyədək Çempionlar Liqasında 39 dəfə fərqlənmiş futbolçu bombardirlər siyahısında 10-cudur.
Qeyd edək ki, “Olimpiakos”la matçda hesabı Zlatan İbrahimoviç açıb. 2:1 hesablı qələbə sayəsində PSJ xallarını 13-ə çatdıraraq, C qrupunun lideri kimi növbəti mərhələyə yüksəlib.