<b><span style="color:red;">İbrahimoviç:  </b>"İllərlə qalmış çaxır kimiyəm"
19 dekabr 2016 17:13 (UTC +04:00)

İbrahimoviç: "İllərlə qalmış çaxır kimiyəm"

“Mançester Yunayted”in isveçli hücumçusu Zlatan İbrahimoviç növbəti dəfə maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, təcrübəli forvard 50 yaşına qədər də futbol oynaya biləcəyini düşünür.

 

Çindən gələn fantastik təklifi qəbul etməyən 35 yaşlı hücumçu karyerasını daha bir neçə il davam etdirmək istəyindədi: “Özümü yaxşı hiss edirəm. 35 yaşım olsa da, əzələ baxımından 20 yaşındakı kimiyəm. Düşünürəm ki, 50 yaşıma qədər futbol oynaya bilərəm. İllərlə qalmış çaxırı bəyənirəm. Bəs siz necə? Mən bunun bariz nümunəsiyəm”.

 

Qeyd edək ki, “Mançester Yunayted”ə yayda keçən İbrahimoviç əvvəllər “Yuventus”, “İnter”, “Barselona”, “Milan” və PSJ kimi klubların da formasını geyinib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 331
avatar

Oxşar yazılar