“Fikrimcə, dünya çempionatının Ronaldudan çox mənə ehtiyacı var”. Lent. az-ın məlumatına görə, bunu İsveç milli komandasının futbolçusu Zlatan İbrahimoviç Portuqaliya yığması ilə 2014-cü il dünya çempionatının “pley-off” matçı öncəsi deyib.
O, rəqib komandanın hücumçusu Kriştianu Ronaldu ilə müqayisədə azarkeşlərə daha çox emosiya bəxş etməyə qadir olduğunu söyləyib: “ Mənim vura bildiyim qollar da heç kimdə alınmayacaq. Hesab edirəm ki, futbol azarkeşləri Braziliyada məhz məni görmək istəyirlər. Amma oyunçu kimi Ronalduya hörmətim var, onun ən yaxşılardan olduğuna əsla şübhəm yoxdur”.
Qeyd edək ki, Portuqaliya və İsveç arasındakı ilk oyun noyabrın 15-də olacaq. Cavab görüşü isə noyabrın 19-da İsveçdə baş tutacaq. İki oyunun nəticəsində qalib komanda 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq.