I Avropa Oyunlarının loqosunun təqdimatı keçirilib
23 noyabr 2013 15:33 (UTC +04:00)

I Avropa Oyunlarının loqosunun təqdimatı keçirilib

Bakı, Roma və Madriddə eyni vaxtda 2015-ci ildə Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının loqosunun təqdimatı keçirilib. Loqonun dizayneri Azərbaycandan olan Adəm Yunisov hesab edir ki, loqoda Azərbaycan xalqının ilk dəfə keçiriləcək Avropa Oyunlarına olan həvəs və istəyini ifadə edib və Azərbaycanın keçmişi ilə bu gününü bütöv şəkildə bir araya gətirib.

Loqodakı xalı özündə UNESCO-nun 2010-cu il Bəşəriyyətin Qeyri-Maddi Mənəvi İrsinin Nümunələrinin Siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənətini, əksər xalçaçılıq bölgələrində şifahi və əməli şəkildə nəsildən-nəslə ötürülən ailə ənənəsini əks etdirir. Loqonun bu elementi “Bakı-2015” planlarına xas olan mədəni irsin, müxtəlifliyin və yaradıcı ifadənin vacibliyi kimi prinsipləri özündə cəmləyib. Alov – Azərbaycanın “Odlar Yurdu” kimi tanınmasını simvolizə edir. Dalğa - dəniz səviyyəsindən 28 metr aşağıda yerləşmiş Bakı dünyanın ən alçaq nöqtəsində yerləşən paytaxt şəhəri, Simurq quşu –göy arasında vəhdətin rəmzidir. Nar – Azərbaycanda məşhur olan meyvə və irs kimi nar əzəldən bərəkət və bolluğun rəmzidir. Loqonun bu beşinci elementi “Bakı-2015”in avropalıları idman sahəsində bir araya gətirməklə və gələcək nəsillər üçün miras qoymaq ambisiyasını təmsil edir.

Təqdimetmə mərasimində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, olimpiya çempionları Fərid Mansurov, Zemfira Meftəhəddinova, Namiq Abdullayev də iştirak etdilər. Olimpiya çempionu Fərid Mansurov hesab edir ki, keçiriləcək Avropa Oyunları təşkilatçılıq, eyni zamanda da ilk olduğuna görə tarix yazacaq.

Qeyd edək ki, bu loqo gənclər və idman naziri Azad Rəhimovun iştirakı ilə Romada Avropa Olimpiya Komitəsinin 42-ci Baş Assambleyasında da təqdim edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1059
avatar

Oxşar yazılar