Hər həftə 2,2 milyon manat qazanacaq
09 iyul 2017 10:58 (UTC +04:00)

Hər həftə 2,2 milyon manat qazanacaq

0

“Barselona” futbol klubunun hücumçusu Lionel Messi hər həftə 1 milyon funt (təxminən 2,2 milyon manat) qazanacaq.

 

APA-nın məlumatına görə, bu barədə “The Times” qəzeti məlumat yayıb.

 

L. Messi dünyada belə əmək haqqı alan ilk futbolçu olacaq. L. Messinin tez-tez müqayisə edildiyi Madridin “Real” klubunun hücumçusu Kriştian Ronaldo hər həftə üçün 365 min funt alır.

 

Qeyd edək ki, bundan əvvəl “Barselona” L. Messi ilə müqavilənin müddətini 2021-ci il iyunun 30-dək uzadılacağını bəyan edib. Müqavilə yaxın vaxtlarda imzalanacaq. Beləliklə, L. Messinin il ərzində 54,8 milyon funta qədər gəliri olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 376

Oxşar yazılar