“Mercedes” komandasının britaniyalı pilotu Lyuis Hemilton “Formula-1” Macarıstan Qran-Prisinin qalibi olub.
APA-nın xəbərinə görə, almaniyalı Sebastyan Fettel (“Ferrari”) ikinci, “Ferrari” komandasının finlandiyalı pilotu Kimi Raykonen isə üçüncü yerin sahibi olub.
S.Hemilton ümumi hesabda da liderliyini qoruyub - 213 xal. 2-ci yerdə S.Fettel (189), 3-cü pillədə isə K.Raykonen (146) qərarlaşıb. "Formula-1"in növbəti mərhələsi avqustun 28-də Belçikada keçiriləcək.