Hamza Hamzaoğlu millimizin hücumçusundan danışdı
11 dekabr 2016 17:03 (UTC +04:00)

Hamza Hamzaoğlu millimizin hücumçusundan danışdı

Milli komandamızın üzvü Dəniz Yılmazın top qovduğu “Bursaspor” Türkiyə Super Liqasının 14-cü turunda səfərdə “Beşiktaş”a 1:2 hesabıyla məğlub olub. Apasport.az saytının məlumatına görə, matçdan sonra “Bursaspor”un baş məşqçisi Hamza Hamzaoğlu matçla bağlı fikirlərini açıqlayıb.

Türk mütəxəssis milli komandamızın hücumçusu Dəniz Yılmaz haqqında da danışıb: “Oyun planlaşdırdığımız kimi başladı. “Beşiktaş”ın hücumlarının qarşısını alırdıq və özümüz də sürətli hücumlar qururduq. Əgər bu dəqiqələrdə bir qol vursaydıq, oyun xeyrimizə çevrilə bilərdi. Ancaq Dəniz yüzfaizli qol vəziyyətni qaçırdı. Bundan başqa da əldə etdiyimiz fürsətlər oldu, yararlana bilmədik. “Beşiktaş”a qarşı səfər matçında bir komandadan bundan artığını gözləyə bilməsiz”.

Hamzaoğlu oyunda qapılarına 2 penalti təyin edilməsinə belə münasibət bildirib: “Penaltilər bir az şübhəli idi. Verilə də bilərdi, verilməyə də. Ancaq eyni vəziyyət bizdə olsaydı, verilərmiydi, onu bilmirəm. İki penaltidən sonra komanda oyununu itirdi. İstər-istəməz təsir edir. Ancaq buna baxmayaraq, davam etdik, qol vurduq, bu isə xal qazanmağa kifayət edəcək qolu vura bilmədik. Oyunçularımı və “Beşiktaş”ı təbrik edirəm”.

Qeyd edək ki, hazırda aktivində  24 xal olan “Bursaspor” 5-ci pillədə qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 221
avatar

ApaSport TV

Oxşar yazılar