Hakim «Traktor»u uduzdura bilmədi
20 oktyabr 2013 06:01 (UTC +04:00)

Hakim «Traktor»u uduzdura bilmədi

Təbrizin Səhənd adına stadionunda yerli «Traktor» klubu ilə Xuzistanın «Fulad» komandası arasında futbol üzrə İran birinciliyin növbəti mərhələsinin oyunu keçirilib.

 

Lent.az-ın məlumatına görə oyunun 36-cı dəqiqəsində hakim qonaqların xeyrinə şübhəli 11 metrlik cərimə zərbəsi təyin edib.  «Fulad»-ın oyunçusu Lusyana Perira cərməni uğurla yerinə yetirdikdən sonra sonra tərbiyəsiz  hərəkətə yol verib və topu tamaşaçılara tərəf vurub. Bu isə «Traktor» tərəfdarlarının etirazını daha da artırıb.

 

Onlar  hakimə öz etirazlarını  əllərində pul tutmaqla bildiriblər. Bununla da hakimin pula alındığına işarə ediblər.

 

 

Oyun 2 : 2 hesabı ilə  sona çatsa da, «Traktor»-un həyəcanlı tərəfdarları coşqulu şüarlar söyləyiblər: «Yaşasin Azərbaycan!», «İran federasiyası – Azərbaycanın düşməni!» və «Azərbaycan var olsun – İstəməyən kor olsun!».

 

 

Yarışı 50000 yaxın tamaşaçının izlədiyi bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1505
avatar

Oxşar yazılar