“Bakı” furbol klubunun prezidenti Hafiz Məmmədov Monako knyazı II Albertlə görüşüb. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş H. Məmmədovun Fransaya səfəri çərçivəsində “Hotel de Paris” otelində baş tutub.
O, “Monako”nun yüksək liqaya çıxması münasibəti ilə kralı təbrik edib və komandanın yeni uğurlar qazanacağına inandığını bildirib. Ardından II Albertə Azərbaycan futbolu haqda məlumat verilib.
Öz növbəsində Monako knyazi H. Məmmədovun “Lans”a göstərdiyi dəstəyi yüksək qiymətləndirib və bunun xalqlarımız arasında olan dostluq münasibətlərinin daha da inkişafına xidmət edəcəyini vurğulayıb.
Görüşün sonunda II Albert İlham Əliyevin 3-cü dəfə prezident seçilməsi münasibəti ilə Azərbaycan xalqını təbrik edib.