"Rəvan”ın yeni baş məşqçisi Güvənc Kurtarla münasibətlərini rəsmiləşdirib. Apasport.az klub saytına istinadən xəbər verir ki, ötən gün Türkiyənin sayılıb-seçilən mütəxəssisi ilə müqavilə imzalanıb. Müqavilə bir il müddətinə nəzərdə tutulub.
Qeyd edək ki, futbolçu karyerası ərzində "Beşiktaş”, "Mersin İdman Yurdu”, "Bursaspor”, "Altay” və "Kocaelispor”da çıxış etmiş 63 yaşlı mütəxəssis məşqçiliyə 1990-cı ildə başlayıb. İlk iş yeri "Darıca Gənclərbirliyi” olan Kurtar daha sonra "Kocaelispor”, "Sarıyer”, "Petrolofisi”, "Əskişəhərspor”, "Zeytinburnuspor”, "Diyarbəkirspor”, "Elazığspor”, "Akçaabat Sebatspor”, "Çaykur Rizəspor”, "Dənizlispor”, "Bursaspor”, "Altay” və "Adana Dəmirspor”da fəaliyyət göstərib.
Güvenç Kurtar “Rəvan”la müqavilə imzaladı
730