Güləş üzrə çəki dərəcələri dəyişdirildi - YENİLİK
18 dekabr 2013 11:02 (UTC +04:00)

Güləş üzrə çəki dərəcələri dəyişdirildi - YENİLİK

Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası (FİLA) 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün çəki dərəcələrini bəyan edib. Lent.az-ın məlumatına görə, əvvəlki olimpiadalarda sərbəst, yunan-Roma və qadın güləşi üçün mövcud olan 18 dəst medal saxlanılsa da, hər növ üzrə onların sayı bərabərləşdirilib.

 

Yəni, artıq sərbəst və yunan-Roma güləşçiləri hərəyə 7, qadın güləşçilər isə 4 yox, bütün növlər üzrə hərəyə 6 çəki dərəcəsində təmsil olunacaqlar. Digər tərəfdən, sərbəst güləşçilər 57, 65, 74, 86, 97 və 125 kq, yunan-Roma güləşçiləri 59, 66, 75, 85, 98, 130 kq, qadın güləşçilər isə 48, 53, 58, 63, 69, 75 kq çəkidə mübarizə aparacaqlar.

 

Qeyd edək ki, əvvəllər sərbəst və yunan-Roma güləşçiləri 55, 60, 66, 74, 84, 96 və 120 kq, qadın güləşçilər isə 48, 55, 63 və 72 kq çəki dəcərələrində yarışırdılar. 

 

Yeni qaydalar 2014-cü ildən qüvvəyə minəcək. Dünya çempionatlarında və qitəmiqyaslı turnirlərdə kişi sərbəst güləşçilər 61 və 70 kq, yunan-Roma güləşçiləri 71 və 80 kq, qadın güləşində isə 55 və 60 kq çəki dərəcələrində də çıxış edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1013
avatar

Oxşar yazılar