Futbolda fantastik hesab: 79:0 və 67:0
10 iyul 2013 13:21 (UTC +04:00)

Futbolda fantastik hesab: 79:0 və 67:0

Futbol üzrə Nigeriya çempionatından 4 komanda xaric edilib. Lent.az-ın məlumatına görə, buna həvəskarlar liqasında mübarizə aparan “Plato Yunayted”, Akurba”, “Polis Maşi” və “Babayaro” klublarının oyun alqı-satqısında iştirak etmələri səbəb olub.

3-cü liqaya vəsiqə uğrunda oyunlarda “Plato Yunayted” “Akurba”nı 79:0, “Polis Maşi” isə “Babayaro”nu 67:0 hesabı ilə yenib. Bu qədər qol vurmaqda məqsəd daha böyük top fərqi üstünlüyünə nail olmaqdan ibarət imiş. Lakin Nigeriya Futbol Federasiyası “Plato”nun sevincini gözündə qoyub. Federasiyanın açıqlamasında yaşananlar “ağlasığmaz utandırıcı olay” kimi dəyərləndirilib və adları hallanan 4 komandanın hamısı bütün liqalardan xaric edilib.

 

# 2166
avatar

Oxşar yazılar