Futbolçu 10 saniyəyə, baş məşqçi 3-cü dəfə qovuldu
22 avqust 2013 18:27 (UTC +04:00)

Futbolçu 10 saniyəyə, baş məşqçi 3-cü dəfə qovuldu

Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının futbolçusu Ante Rukavina meydana çıxdıqdan 10 saniyə sonra qırmızı vərəqə alıb. Lent.az-ın məlumatına görə, insident ötən gün Avstriya “Austriya”sı ilə Çempionlar Liqasının ilk “pley-off” matçında baş verib.

 

Rukavina 71-ci dəqiqədə Due Çopanın əvəzinə meydana girib. Əvəzləndikdən dərhal sonra “Austriya”nın qapıçısı topu cərimə meydançasından uzaqlaşdırıb. Bu zaman qalmaqallı futbolçu meydanın mərkəzində rəqib müdafiəçi Kay Roqulun üstünə açıq ayaqla gedib. Baş hakim Hovard Uebb isə Rukavinanı birbaşa qırmızı vərəqə ilə qovub.

 

Bu zaman “Dinamo” 0:1 hesabı ilə geridə olub. Tezliklə zaqreblilər daha bir qol buraxaraq, uduzublar – 0:2. Oyundan sonra komandanın baş məşqçisi Krunoslav Yurçiç istefaya göndərilib. Bu, Yurçiçin “Dinamo”dan ayrı-ayrı vaxtlarda 3-cü gedişi olub.

 

Qeyd edək ki, cavab görüşü avqustun 28-də Vyanada olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 746
avatar

Oxşar yazılar