1996-97-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI ənənəvi beynəlxalq turnirdə 13-cü yeri tutub. Lent.az-ın məlumatına görə, komandamız bu gün son oyununda Belarusla görüşüb.
Qarşılaşma 1:1 hesabı ilə yekunlaşdığı üçün qalib penalti seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən yığmamız 4:2 – ümumi nəticədə 5:3 hesabı ilə qalib gəlib .
Qeyd edək ki, turnirdə ümumilikdə 16 komanda mübarizə aparıb.