Mahir Məmmədov: “Məndən asılı olsaydı, onu buraxmazdım”
AFFA İcraiyyə Komitəsinin (İK) üzvü Mahir Məmmədov Berti Foqtsun Azərbaycan milli komandasının baş məşqçisi kimi işini qiymətləndirib. Məmmədov Lent.az-a açıqlamasında almaniyalı mütəxəssisin yığmamızın sükanı arxasındakı fəaliyyətini məqbul sayıb.
O deyib: “Məndən asılı olsaydı, Foqtsu buraxmazdım”. Lakin İK üzvü yığmamızın 2013-cü ilin son sınağında səfərdə Qırğızıstanla heç-heçə etdiyi görüş barədə şərh verməyib.
Qeyd edək ki, Berti Foqts 2008-ci ilin aprelindən Azərbaycan millisinin baş məşqçi postunda çalışır. Onun hazırkı müqaviləsi 2013-cü ilin sonunda başa çatır. Foqtsun komandamızdakı taleyinə AFFA İcraiyyə Komitəsinin iclasında aydınlıq gələcək.