Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts UEFA Çempionlar Liqası və UEFA Avropa Liqasında çıxış edən komandalarımızın oyununu izləyəcək.
Lent.az-ın verdiyi məlumata görə, Berti Foqts UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 17-də, saat 21:00-da, “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Skenderbeu” (Albaniya) qarşılaşmasını və UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 18-də, saat 21:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Piast” (Polşa) matçını izləyəcək.