Finallar bu stadionlarda keçiriləcək
16 oktyabr 2015 22:24 (UTC +04:00)

Finallar bu stadionlarda keçiriləcək

0

UEFA-nın İcraiyyə Komitəsinin Nyonda keçirilən iclasında 2016-2017-ci il mövsümünün avrokuboklarının final oyunlarının keçiriləcəyi stadionların adları açıqlanıb.

 

Lent.az”-ın “azərtac”-a istinadən məlumatına görə, Çempionlar Liqası yarışlarının finalı Uelsin paytaxtı Kardiffdə 74,5 min tamaşaçı tutumuna malik “Millenium” stadionunda keçiriləcək.

 

Avropa Liqası yarışlarının qalibi isə Stokholmdakı 50 min yerlik “Friends Arena”da müəyyənləşəcək.

 

Qitə superkubokunun qalibini müəyyənləşdirən qarşılaşma isə Makedoniyanın paytaxtı Skopyedəki 36 min 400 nəfərlik “II Filip” stadionunda təşkil olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 439

Oxşar yazılar