FİFA prezidentindən Platiniyə sərt cavab 
07 noyabr 2013 23:53 (UTC +04:00)

FİFA prezidentindən Platiniyə sərt cavab 

FİFA prezidenti Yozef Blatter UEFA prezidenti Mişel Platininin dünya çempionatlarının final mərhələlərində çıxış edən komandaların sayının artırılmasını təklifinə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, İranın paytaxtı Tehranda işgüzar səfərdə olan ali futbol qurumunun rəhbəri yerli mətbuata açıqlamasında Platininin bu ideyasını qəbul etmədiyini deyib.

Blatter bu addımın turnirin səviyyəsinə mənfi təsir edəcəyini bildirib: “Hazırda dünya çempionatının final mərhələsində 32 milli komanda iştirak edir. Əgər biz bu turnirin səviyyəsini qorumaq istəyiriksə, onda iştirakçıların sayını artırmamalıyıq. Bu addım turnirin dəyərini artırmayacaq. 40 komanda? Bəs nəyə görə, 48, 64, və ya 128 deyil? Yox, bu düzgün deyil. Hesab edirəm ki, biz keyfiyyət haqqında düşünməliyik. Əgər turnir barədə dəyişiklik etsək, qitələr üzrə iştirakçıların sayını nəzərdən keçirə bilərik. Bu məsələ ilə də ancaq Braziliyada keçiriləcək dünya çempionatından sonra məşğul ola bilərik”.

Qeyd edək ki, Platini açıqlamasında mundiallarda 32 deyil, 40 millinin iştirak etməsinin tərəfdarı olduğunu demişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 856
avatar

Oxşar yazılar