FİFA dünya çempionatında su fasiləsinə icazə verdi
06 dekabr 2013 12:48 (UTC +04:00)

FİFA dünya çempionatında su fasiləsinə icazə verdi

FİFA 2014-cü il dünya çempionatında çox isti günlərdə hakimlərin oyunların hissələri zamanı kiçik fasilə elan etmələrinə icazə verib. Lent.az-ın məlumatına görə, bu qərar futbolçuların su içə bilmələri üçün qəbul olunub.

 

Daha öncə İtaliya milli komandasının baş məşqçisi Çezare Prandelli də belə təkliflə çıxış edib. FİFA-nın qərarına əsasən, dünya çempionatının oyunu vaxtı temperatur 32 dərəcəni keçərsə, hakim hər hissədə 30 dəqiqə oynanıldıqdan sonra matçı dayandıra və futbolçuların su içmələrinə şərait yarada bilərlər.

 

Ali futbol qurumu, həmçinin yeni qayda müəyyənləşdirib. Bundan sonra istənilən səviyyəli beynəlxalq oyunlarda tibbi briqadalarda defibrillyator olmalıdır. Bu, ürək ritminin pozulmasının qarşısını almaq üçün aparatdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 648
avatar

Oxşar yazılar