FHN əməkdaşlarının beşnövçülük üzrə respublika çempionatına yekun vurulub
12 iyul 2019 17:53 (UTC +04:00)

FHN əməkdaşlarının beşnövçülük üzrə respublika çempionatına yekun vurulub

 
 
12 iyul 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun və FHN İşçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Qəbələ şəhərində keçirilən Nazirlik əməkdaşları arasında beşnövçülük üzrə respublika çempionatına yekun vurulub. 
 
FHN-dən APA-ya bildirilib ki, yarışda FHN-in müxtəlif qurumlarını təmsil edən 18 komandanın 100-ə yaxın əməkdaşı iştirak edib.
8-12 iyul  tarixlərində keçirilən yarışda idmançılar maneələr zolağı, turnikdə güc çalışmaları, atıcılıq, xilasetmə üzgüçülüyü və dağa dırmanma mərhələləri üzrə bacarıqlarını nümayiş etdiriblər.    
 
Komanda hesabında 1-ci yeri Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, 2-ci yeri Dövlət Yanğından Mühafizə Xidməti, 3-cü yeri Xüsusi Riskli Xilasetmə Xidməti tutub. 
 
Şəxsi nəticələrdə 1-ci yerə Mülkü Müdafiə Qoşunlarının əməkdaşı Muntəzir Əsgərov, 2-ci yerə FHN Akademiyasının əməkdaşı Elmir Əhədov, 3-cü yerə isə Tikintidə Təhlükəsizliyə Nəzarət və Dövlət Agentliyinin əməkdaşı Məmməd Cəfərzadə sahib olub.
 
Mükafatlandırma mərasimində çıxış edən FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev idmançıları təbrik edərək, ölkəmizdə hər il keçirilən və böyük marağa səbəb olan bu yarışın əhəmiyyətindən danışıb, idmanın inkişafına göstərilən dövlət qayğısından bəhs ediblər. 
 
Sonda qaliblərə diplom, kubok, medallar və qiymətli hədiyyələr təqdim olunub. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1075
avatar

Oxşar yazılar