Noyabrın 15-də Estoniya və Azərbaycanın futbol üzrə milli komandaları arasında keçiriləcək yoldaşlıq görüşünün hakimləri müəyyənləşib. Lent. az-ın məlumatına görə, Tallin şəhərindəki "A. Le Coq Arena"da baş tutacaq qarşılaşmanı rusiyalı referi Aleksey Nikolayev idarə edəcək.
Ona yan xətt hakimləri qismində həmyerliləri Oleq Tselovalnikov və Vitali Drozdov yardımçı olacaqlar. 4-cü hakim funksiyasını isə estoniyalı Silver Koiv yerinə yetirəcək.
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 20:45 başlanacaq.