Əfsanəvi futbolçu Georgi Hacı Ermənistan milli komandasına başçılıq edə bilər. Lent. az-ın Rumıniyanın “Onlinesport” nəşrinə istinadən verdiyi xəbərə görə, 48 yaşlı mütəxəssis Vardan Minasyanı əvəzləməyə əsas namizəddir.
Ermənistan Futbol Federasiyası bu məqsədlə Rumıniya klublarında çıxış etmiş yığmanın sabiq futbolçuları Artavazd və Arman Karamyanla əlaqə saxlayaraq, Hacı haqda məlumat istəyiblər.
Qeyd edək ki, “Karpat Maradonası” baş məşqçi karyerası ərzində Rumıniyanın milli komandası, “Styaua” və “Politexnika”, eləcə də Türkiyənin “Qalatasaray” və “Bursaspor” klublarının sükanı arxasında olub. O, “Qalatasaray”la 2005-ci ildə Türkiyə Kubokunu qazanıb.